kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Aşıq Ələsgər əsərləri

Aşıq Ələsgər əsərləri

Tərtib edəni, ün süzün və qeydlərin müəllifi: İslam Ələsgər

Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə keçmiş, onun mənəviyyatının bir hissəsinə çevrilmiş söz ustadıdır. Sehr dolu şeirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Belə sənətkarlara eldə “Haqq aşığı” deyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir.
Ələsgər aşıq poeziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər edən Ələsgər aşıq şerinin, demək olar ki, bütün formalarına müraciət etmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, deyişmələr iştirakçısı olmuşdur.
Bu kitaba qüdrətli el sənətkarının əldə olan şeirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan taleyini, sevinc və kədər hisslərini necə ifadə etməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü deyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda heç kəsi təkrar etməmiş, hamının işlətdiyi adi sözlərdən hamını heyrətdə qoyacaq bir poeziya yaratmışdır.

Aşıq ədəbiyyatı
Format Size
PDF 758.3 KB Download